Qurban Qurbanovdan Elvin Cəfərquliyev və Abbas Hüseynova yeni qadağa

12 May 2026 16:52
142
Qurban Qurbanovdan Elvin Cəfərquliyev və Abbas Hüseynova yeni qadağa

Bir müddət əvvəl “Qarabağ”ın əsas komandasından uzaqlaşdırıldığı bildirilən Elvin Cəfərquliyev və Abbas Hüseynovla bağlı yeni iddialar yayılıb.

İdman.Biz sportinfo.az-a istinadən xəbər verir ki, Qurban Qurbanov onların artıq klubun Suraxanıda yerləşən bazasına gəlib fərdi məşqlər keçə bilməyəcəyi ilə bağlı göstəriş verib.

Qeyd edək ki, “Qarabağ”da intizam qaydalarını pozan Elvin Cəfərquliyev və Abbas Hüseynov əsas komandadan kənarlaşdırılıblar. Buna səbəb futbolçuların “Şamaxı” ilə oyundan sonra əyləncə məclisi təşkil etmələri olub. Hadisədən xəbər tutan Qurbanov hər iki oyunçunu əvəzedici heyətə göndərib.

Xatırladaq ki, Abbas Hüseynovun müqaviləsi mövsümün sonunda başa çatır. Elvin Cəfərquliyevin isə “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına qədərdir.

İdman.Biz