Konfrans Liqasına vəsiqəni təmin edən “Turan Tovuz” futbol klubu Avropa arenasında özünü maksimum göstərmək niyyətindədir.
Bu barədə komandanın kapitanı Faiq Hacıyev İdman.Biz-ə açıqlamasında bildirib.
“Əlbəttə, hamımız qrup mərhələsinə çıxmaq istəyirik. Bunun üçün mümkün olan hər şeyi etməyə çalışacağıq, necə alınacağını isə zaman göstərəcək. Avrokuboklara daha ciddi hazırlaşacağıq ki, həm klubu, həm də ölkəni layiqincə təmsil edək”, - deyə o qeyd edib.
Futbolçunun sözlərinə görə, avrokuboklara vəsiqə qazanmaq həm komandanın, həm də azarkeşlərin arzusu idi:
“Buna nail ola bildiyimiz üçün xoşbəxtəm. Hər zaman komandaya inanmışam və inanmağa davam edirəm. Hesab edirəm ki, uğurumuz birlik, sona qədər mübarizə və əsas rol oynayan azarkeşlərin dəstəyi sayəsində mümkün olub”.
Xatırladaq ki, “Turan Tovuz” 32 illik fasilədən sonra avrokuboklara vəsiqə qazanıb. Komanda 1994/95 mövsümündə Azərbaycan çempionu statusunda UEFA Kubokunun təsnifatında iki oyunun nəticəsinə görə “Fənərbağça”ya uduzub. Həmin vaxt ölkə UEFA-ya yenicə üzv olduğu üçün çempiona əhəmiyyətinə görə ikinci turnirə - UEFA Kubokuna vəsiqə düşürdü.
