Valdas Dambrauskas: “Sabahkı matç bizim üçün tarixi fürsətdir” - VİDEO

12 May 2026 17:03
142
Valdas Dambrauskas: “Sabahkı matç bizim üçün tarixi fürsətdir” - VİDEO

“Sabah” ardıcıl ikinci ildir kubokun finalında iştirak edir. Düşünürəm ki, burada ola bilmək böyük şərəfdir”.

İdman.Biz xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Kubokunun finalında “Zirə” ilə keçiriləcək görüşdən öncə təşkil olunmuş mətbuat konfransında deyib.

Litvalı mütəxəssis güclü komandaya qarşı mübarizə aparacaqlarını söyləyib:

“Səbirsizliklə sabahkı oyunu gözləyirik. Rəqibi bu mərhələyə qədər gələ bildiyinə görə təbrik edirəm. Ümid edirəm ki, azarkeşlər də matçdan zövq alacaqlar. Karyeramda baş məşqçi kimi titullar qazanmışam. Bunlar heç də asan əldə olunmayıb. Sabahkı matç bizim üçün tarixi fürsətdir. Kuboka sahib olmaq üçün ona layiq olmaq lazımdır. Ötən il olduğu kimi bu il də qalib olub adımızı tarixə yazdırmaq istəyirik. Düşünürəm ki, həyəcanlı oyuna şahidlik edəcəyik”.

O, üzərilərində təzyiq hiss etmədiklərini söyləyib:

“Nəyə görə başqa komandalara görə təzyiq hiss etməliyik? Sabah hər iki komanda üçün tarixi oyundur. Əldə edəcəyimiz nəticənin “Qarabağ” və “Neftçi”nin taleyinə necə təsir edəcəyi bizi maraqlandırmır. Bu barədə danışmağın heç bir mənası yoxdur. Çünki biz özümüz üçün oynayacağıq”.

Qeyd edək ki, mayın 13-də “Palms Sports Arena”da keçiriləcək final oyunu saat 20:00-da start götürəcək.

İdman.Biz