TVNET-dən bəyanat: “Açıq yayım hüquqları bizdə deyil”

7 May 2026 12:23
210
TVNET-dən bəyanat: “Açıq yayım hüquqları bizdə deyil”

TVNET Platforması Çempionlar Liqasında “Bavariya” - PSJ oyununun yayımı ilə bağlı bəyanat verib.

İdman.Biz xəbər verir ki, platformaya daxil olan SPORT TV, SPORT TV 2 və TVNET SPORT kanalları UEFA-nın nüfuzlu klub turnirləri olan UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və UEFA Konfrans Liqasının Pay-TV (ödənişli televiziya – kabel tv, iptv, ott və s.) üzrə ölkə ərazisində eksklüziv yayım hüququna sahibdir. TVNET bəyanatında bildirib:

“Turnirlərin açıq televiziya (Free-TV / FTA) yayım hüquqları ayrıca hüquq paketinə daxildir və bu hüquqlar Azərbaycanda açıq yayımda ümumrespublika yayımı həyata keçirən digər 2 telekanala məxsusdur.

Ayrıca qeyd edək ki, qeyd edilən oyunların HORECA / kommersiya nümayiş hüquqları (otel, restoran, kafe, pub, lounge, çay evi, idman barları və digər ictimai-kommersiya obyektlərində nümayiş hüquqları) tam eksklüziv şəkildə yalnız bu kanallar tərəfindən təqdim olunur.

Xatırladaq ki, kommersiya obyektlərində - restoran, kafe, hotel, lounge və digər ictimai məkanlarda UEFA oyunlarının nümayişi yalnız müvafiq kommersiya/HORECA hüquqları əsasında keçirilir”, - deyə qeyd edilib.

Qeyd edək ki, “CBC Sport”un baş redaktoru Şəmsəddin Abbasov məsələ ilə bağlı açıqlama verərək texniki problem yaşandığını bildirib və tamaşaçılardan üzr istəyib.

“Bavariya” cavab oyununda PSJ ilə 1:1 hesablı heç-heçə edib və iki oyunun nəticəsinə əsasən 5:6 hesabı ilə mübarizəni dayandırıb.

İdman.Biz
Məqalədə: