Rüdigerin hərəkəti komanda yoldaşlarını narahat edib

7 May 2026 12:58
139
Rüdigerin hərəkəti komanda yoldaşlarını narahat edib

İspaniyanın “Real Madrid” futbol klubunun müdafiəçisi Antonio Rüdiger komanda yoldaşı Alvaro Karrerasla davranışına görə tənqid olunub.

İdman.Biz xəbər verir ki, CHTV jurnalisti Markus Benitonun iddiasına əsasən, almaniyalı futbolçu məşqlər zamanı Karrerası bütün komandanın qarşısında sərt şəkildə aşağılayır.

Məlumata görə, “Real Madrid”in bir neçə futbolçusu artıq Rüdigerə komanda yoldaşına münasibətdə sərhədi aşdığını bildirib. Klubdaxili narazılıqdan sonra oyunçular müdafiəçidən Karrerasdan üzr istəməsini tələb ediblər.

İspaniyalı futbolçu isə daha əvvəl komanda yoldaşı ilə insident yaşandığını etiraf etsə də, bunun “əhəmiyyətsiz və artıq bağlanmış məsələ” olduğunu bildirib. O, komanda ilə münasibətlərinin yaxşı olduğunu vurğulayıb.

İdman.Biz