“CBC Sport” telekanalında Çempionlar Liqasının yarımfinal mərhələsində keçirilən “Bavariya” - PSJ qarşılaşmasının yayımlanmaması sosial şəbəkələrdə narazılıq yaradıb. Oyun əvvəlcədən anons edilsə də, start saatında yayımın olmaması səbəbindən kanal tənqid olunub.
“CBC Sport”un baş redaktoru Şəmsəddin Abbasov İdman.Biz-ə açıqlamasında yaranmış vəziyyətin texniki nasazlıqla bağlı olduğunu bildirib və tamaşaçılardan üzr istəyib:
“Bu, texniki problemdir. Səhvimizi qəbul edirik. Günah bizdədir, sistemdə nasazlıq oldu. Belə olmasını istəməzdik. Məsuliyyəti anlayırıq. Tamaşaçılardan üzr istəyirik, görünür, belə alındı”.
Qeyd edək ki, “Bavariya” PSJ ilə cavab oyununda 1:1 hesablı heç-heçə edib və iki oyunun nəticəsinə görə 5:6 hesabı ilə mübarizəni dayandırıb.
