Çempionlar Liqasında hakim qalmaqalı böyüyür

7 May 2026 10:21
181
Çempionlar Liqasında hakim qalmaqalı böyüyür

Almaniyanın “Bavariya” futbol klubunda Fransa təmsilçisi PSJ ilə Çempionlar Liqasının yarımfinal cavab oyunundakı hakimlik ciddi narazılıq yaradıb.

İdman.Biz xəbər verir ki, Münhen təmsilçisi görüşdə bir neçə epizodun matçın gedişinə təsir etdiyini düşünür.

Klub tərəfi Nunu Mendeşin ikinci sarı vərəqə almalı olduğunu, Joau Neveşlə bağlı epizodun isə VAR tərəfindən daha ciddi araşdırılmasının vacibliyini hesab edir. Bundan başqa, “Bavariya”da oyun ərzində PSJ-nin xeyrinə bir sıra qayda pozuntularının səhv qeydə alındığı qənaəti var.

Baş məşqçi Vensan Kompani də matçdan sonra hakim qərarlarından narazılığını gizlətməyib. O, bir neçə mübahisəli epizodun komandası üçün ağır nəticə yaratdığını bildirib.

Qeyd edək ki, “Bavariya” PSJ ilə cavab oyununda 1:1 hesablı heç-heçə edib və iki oyunun nəticəsinə görə 5:6 hesabı ilə mübarizəni dayandırıb.

İdman.Biz