“Neftçi”nin transfer qadağası yaxın günlərdə aradan qaldırılacaq - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

7 May 2026 10:04
191
“Neftçi”nin transfer qadağası yaxın günlərdə aradan qaldırılacaq - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

“Nefçi” futbol klubuna FIFA tərəfindən tətbiq olunan transfer qadağasının yaxın günlərdə ləğvi gözlənilir.

Bu barədə klubun mətbuat xidmətindən İdman.Biz-in sorğusuna cavab olaraq məlumat verilib.

Bildirilib ki, transfer ödənişi gecikdiyi zaman FIFA-nın müvafiq portalı avtomatik olaraq klubu qırmızı siyahıya salır və transfer qadağası tətbiq edilir:

“Bu, dünya praktikasında tez-tez rast gəlinən məsələdir. Əsas öhdəliklər yerinə yetirildikdən sonra qadağa avtomatik şəkildə aradan qalxır. Artıq bizim tərəfdən ödəniş həyata keçirilib. Qarşı tərəf bunu təsdiqlədikdən sonra maksimum 3-5 gün ərzində transfer qadağası ləğv olunacaq.

Narahatlığa əsas yoxdur, klubun heç bir borc öhdəliyi mövcud deyil. Texniki səbəblərdən bir ödənişdə gecikmə yaşanmışdı və həmin məsələ artıq həllini tapıb. Azarkeşlərimiz narahat olmasınlar”.

Xatırladaq ki, dünən FIFA-nın rəsmi saytında “Neftçi”, Türkiyənin “Antalyaspor”, Misirin “Zamalek”, Rumıniyanın “CFR Kluj” və bir sıra digər klublara transfer qadağası qoyulması ilə bağlı məlumat yayılmışdı.

İdman.Biz