Azərbaycan I Liqasında 25-ci turun daha 3 oyunu keçirilib.
İdman.Biz xəbər verir ki, lider “Şəfa” “Difai”nin qonağı olub.
Görüş qolsuz heç-heçə ilə yekunlaşıb. Nəticədə xalını 54-ə çatdıran “Şəfa” çempionluğu bu turda rəsmiləşdirə bilməyib.
“Səbail” səfərdə “Zaqatala”ya qalib gəlib - 3:0. Bununla “Səbail” xalını 49-a yüksəldərək, 2-ci pillədə möhkəmlənib.
Günün digər qarşılaşmasında isə “Şimal” MOİK-in müqavimətini qıra bilməyib - 1:1.
Çempionatın sonuna 2 tur qalmış birinci və ikinci yerin sahibləri arasında fərq 5 xaldır. Nəzəri olaraq, “Səbail” mövsümün sonuna qalan iki turun nəticələrinə görə “Şəfa”nı lider kürsüsündən endirə bilər.
13:14
Azərbaycan Birinci Liqasında 25-ci turun oyunları davam edir.
İdman.Biz xəbər verir ki, bu gün çempionun adına aydınlıq gələ bilər.
Lider “Şəfa” autsayder “Difai” ilə səfərdə qarşılaşacaq. İkinci pillədə qərarlaşan “Səbail” isə “Zaqatala”nın qonağı olacaq. Hazırda “Şəfa” ilə “Səbail” arasında 7 xallıq fərq mövcuddur.
“Şəfa” bu turda qələbə qazansa, bitməsinə iki tur qalmış çempionluğunu rəsmiləşdirəcək. Eyni zamanda “Səbail”in “Zaqatala”ya məğlub olması “Şəfa”nın mövcud xal üstünlüyünü həlledici edə bilər.
Qeyd edək ki, turnir qaydalarına əsasən birinci Liqanın qalibi növbəti mövsümdə Premyer Liqaya birbaşa yüksəlir.
6 may (çərşənbə)
16:00. “Şimal” - MOİK
Şamaxı OİK stadionu
16:00. “Difai” - “Şəfa”
Buzovna qəsəbə stadionu
16:00. “Zaqatala” - “Səbail”
Zaqatala OİK stadionu
