“Turan Tovuz”dan Almeydanın transferi ilə bağlı İDMAN.BİZ-ə AÇIQLAMA

6 May 2026 11:18
148
“Turan Tovuz”dan Almeydanın transferi ilə bağlı İDMAN.BİZ-ə AÇIQLAMA

Sosial şəbəkələrdə “Turan Tovuz”un “İmişli”nin portuqaliyalı futbolçusu Dioqo Almeydanı transfer etmək istəməsi barədə məlumat paylaşılıb.

Bildirilir ki, Tovuz təmsilçisi bununla bağlı qarşı tərəfə rəsmi müraciət edib. 25 yaşlı hücumçunun “İmişli” ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədər qüvvədədir.

“İmişli”nin bu transferə müsbət yanaşdığı, lakin keçid üçün 200 min dollar (340 min AZN) təzminat tələb etdiyi vurğulanır.

Məsələ ilə bağlı “Turan Tovuz”un mətbuat xidmətindən İdman.Biz-in sorğusuna cavab olaraq bildirilib ki, hələ mövsümün başa çatmasına üç oyun qalıb və transferlərdən danışmaq tezdir.

Qeyd edək ki, “Turan Tovuz” hazırda Premyer Liqanın turnir cədvəlində 56 xalla üçüncü pillədə qərarlaşıb.

İdman.Biz