“Musa Qurbanlı üçün mövsüm başa çatıb” - “Qarabağ”-dan İDMAN.BİZ-ə AÇIQLAMA

5 May 2026 16:52
126
“Musa Qurbanlı üçün mövsüm başa çatıb” - “Qarabağ”-dan İDMAN.BİZ-ə AÇIQLAMA

“Qarabağ”ın futbolçusu Musa Qurbanlı üçün mövsüm başa çatıb.

Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bu barədə İdman.Biz-ə açıqlamasında deyib.

O bildirib ki, Misli Premyer Liqasının 30-cu turunda “Turan Tovuz”la oyunda zədələnən hücumçu dizindən zədə alıb.

“2-3 həftə dizindən müalicə alacaq. Ondan sonra məşqlərə başlaya biləcək”, - deyə o söyləyib.

Qeyd edək ki, “Qarabağ” sözügedən matçda rəqibini 2:1 hesabı ilə üstələyib. Misli Premyer Liqasında mövsümə mayın 24-də yekun vurulacaq.

İdman.Biz