İmad Faraj: “Baş məşqçi bizi xəbərdar etmişdi”

6 May 2026 11:33
145
İmad Faraj: “Baş məşqçi bizi xəbərdar etmişdi”

“Oyunun çətin olacağını bilirdik. Baş məşqçi bizə bunu başa salmışdı”.

Bu sözləri “Neftçi”nin futbolçusu İmad Faraj deyib.

Oyunçu Misli Premyer Liqasının 30-cu turunda “Karvan-Yevlax”a üç cavabsız qolla qalib gəldikləri matçla bağlı fikirlərini bölüşüb.

“Rəqibi təhlil etmişdik. Onların sonuncu yerdə qərarlaşmasına baxmayaq bizi asan matç gözləmədiyini bilirdik. Bunun üçün hazırlaşmışdıq. İlk hissənin sonlarında mən fərqləndim və oyun açıldı”, - deyə o, sport24.az-a açıqlamasında söyləyib.

Cinah oyunçusu ikinci yarıda daha iki qol vurduqdan sonra bir az rahatladıqlarını sözlərinə əlavə edib:

“İkinci yarıdakı iki qoldan sonra bir az rahatladıq. Oyun daha böyük hesabla bitə bilərdi. 4:0, 5:0 da olar bilərdi. 3:0 da heç də pis nəticə deyil. Bizim üçün əsas üç xal qazanmaq idi ki, dördüncü pillədəki mövqeyimizi qoruyaq”.

İdman.Biz