Bu gün 16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində ilk oyununa çıxacaq.
İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, millimiz Litvanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Binə stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. Qarşılaşma FIFA+ TV tərəfindən canlı yayımlanacaq.
