Kanadada futbolçu Tomaş Skublak vurduğu qoldan sonra nümayiş etdirdiyi hərəkətlə hər kəsi təəccübləndirməyi bacarıb. Meydanda rəqib qapısına yol tapan hücumçu sevincini maraqlı üsulla qeyd edib.
İdman.Biz xəbər verir ki, futbolla yanaşı boş vaxtlarında rieltor kimi fəaliyyət göstərən Skublak qol vurduqdan sonra üzərində gizlətdiyi vizit kartını çıxararaq kameralara göstərib.
Bu addım həm azarkeşlərin, həm də sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb olub. Belə ki, cərimə meydançasındakı boş zonaları peşəkarlıqla qiymətləndirən futbolçu həm də daşınmaz əmlak bazarında müştəriləri üçün ən uyğun variantları "toplamağa" hazır olduğunu nümayiş etdirib.
