Halk yeni komandası ilə müqavilə imzaladı - VİDEO

6 May 2026 10:51
98
Halk yeni komandası ilə müqavilə imzaladı - VİDEO

Braziliyanın “Atletiko Mineyro” futbol komandası ilə yollarını ayıran təcrübəli hücumçu Halkın yeni klubu bəlli olub. 39 yaşlı ulduz futbolçu karyerasını ölkəsinin digər təmsilçisi olan “Fluminense”də davam etdirəcək.

İdman.Biz xəbər verir ki, braziliyalı oyunçu bir neçə gün əvvəl “Atletiko Mineyro” ilə müqaviləsinə xitam verib. O, bu klubda keçirdiyi beş il ərzində həm məhsuldarlığı ilə seçilib, həm də çempionluq sevinci yaşayaraq azarkeşlərin sevimlisinə çevrilməyi bacarıb.

Hücumçunun yeni komandasında debütü isə dünya çempionatından sonra baş tutacaq. Azarkeşlər təcrübəli forvardın “Fluminense” formasında ilk addımlarını mundialın başa çatmasından sonra izləyə biləcəklər.

İdman.Biz