Avropanın əsl “lift” komandası: “Mets”in inanılmaz rekordu

6 May 2026 09:34
169
Avropanın əsl “lift” komandası: “Mets”in inanılmaz rekordu

Fransanın “Mets” futbol komandası Avropanın ən qeyri-sabit klubu statusunu qorumağa davam edir. Azarkeşlərin hər mövsüm fərqli həyacan yaşadığı bu klub son 24 il ərzində tam 17 dəfə bir liqadan digərinə keçid edib.

İdman.Biz xəbər verir ki, komandanın yüksəliş və enişlərlə dolu tarixi 2002-ci ildən başlayaraq daha kəskin xarakter alıb. Həmin il Liqa 1-i tərk edən klub cəmi bir il sonra elitaya qayıdıb. 2006-cı ildə yenidən aşağı liqaya düşən “Mets” 2007-ci ildə yenidən ən güclülərin sırasına qoşulub. Klubun ən ağır dövrlərindən biri 2012-ci ilə təsadüf edib. Həmin vaxt Liqa 2-dən də düşən komanda üçüncü divizionda çıxış etməli olub. Lakin cəmi iki ilə ardıcıl iki yüksəliş edərək yenidən Liqa 1-ə qayıtmağı bacarıb.

“Mets”in son illərdəki çıxışı da bu ənənəyə sadiq qalıb. Komanda 2022-ci ildən bəri hər il liqasını dəyişir. Belə ki, 2022-ci ildə aşağı düşən klub 2023-cü ildə yüksəlib, 2024-cü ildə yenidən elitanı tərk edib. 2025-ci ildə elitaya qayıtsa da, 2026-cı il mövsümünün sonunda yenidən Liqa 1-lə vidalaşmalı olub. Hazırda Avropada bu qədər çox “enib-qalxan” ikinci bir klub tapmaq mümkün deyil.

İdman.Biz
Məqalədə: