“Tottenhem” Vuşkoviçlə müqaviləni uzatmaq istəyir

6 May 2026 08:15
222
“Tottenhem” Vuşkoviçlə müqaviləni uzatmaq istəyir

“Tottenhem Hotspur” hazırda icarə əsasında “Hamburq”da çıxış edən müdafiəçi Luka Vuşkoviçə yeni müqavilə təklif etməyi düşünür.

İdman.Biz bu barədə “The Sun” qəzetinə istinadən məlumat verir.

Avropanın bir sıra aparıcı klubları müdafiəçinin oyununu izləyir, lakin “Tottenhem” xorvatiyalı oyunçuya dəyər verir və onu komandada saxlamaq istəyir. “Tottenhem Hotspur”un texniki direktoru Yohan Lanqe artıq Hamburqa səfər edib və Vuşkoviçlə danışıqlar aparıb. Müqavilənin uzadılması halında maaşın əhəmiyyətli dərəcədə artması gözlənilir.

Bu mövsüm 28 matçda Vuşkoviç beş qol vurub və bir məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, onun hazırkı bazar dəyəri 60 milyon avrodur.

İdman.Biz