“Atletiko Madrid”, “Nyukasl Yunayted”, “Bayer Leverkuzen” və “Napoli” “Botafoqo”nun yarımmüdafiəçisi Danilo ilə maraqlanır.
İdman.Biz bu barədə ESPN-ə istinadən məlumat verir.
Mənbəyə görə, Braziliya klubu 25 yaşlı futbolçunun 2026-cı il dünya çempionatına çağırılacağı təqdirdə qiymətinin 30 milyon avrodan 40 milyon avroya qədər arta biləcəyinə inanır. “Botafoqo” danışıqlara yalnız Dünya Kubokundan sonra başlayacaq.
Danilo 2025-ci ilin yayından bəri “Botafoqo”da oynayır. Bu müddət ərzində o, bütün yarışlarda 38 oyunda meydana çıxıb, 10 qol vurub və yeddi məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 24 milyon avrodur.
