Arteta “Arsenal”la dördüncü kuboku qazana bilər

6 May 2026 01:50
148
Arteta “Arsenal”la dördüncü kuboku qazana bilər

“Arsenal”ın baş məşqçisi Mikel Arteta London klubu ilə dördüncü kubokunu qazana bilər. Bu, “Arsenal”ın 2025/26 mövsümünün Çempionlar Liqasının yarımfinalının ikinci oyununda “Atletiko Madrid” üzərində 1:0 hesablı qələbəsindən sonra məlum olub. Oyun Londondakı “Emirates” stadionunda baş tutub.

“Atletiko” və “Arsenal” arasında ilk oyun 1:1 hesabı ilə başa çatmışdı. Finalda “Arsenal” “Bavariya” - PSJ cütünün qalibi ilə qarşılaşacaq.

Arteta əvvəllər London klubu ilə 2019/2020 mövsümündə İngiltərə Kubokunu, eləcə də 2020 və 2023-cü illərdə Superkuboku qazanıb.

İdman.Biz