“Barselona”nın və İspaniya millisinin hücumçusu Lamin Yamal zədədən sonra meydandakı məşqlərə qayıdıb.
İdman.Biz bildirir ki, bu barədə jurnalist və insayder Fabrizio Romano sosial mediada məlumat verib.
Mənbənin məlumatına görə, 18 yaşlı futbolçu reabilitasiyasının ilkin mərhələsini idman zalında başa vurub və hazırda meydanda fərdi məşq edir. Yamal aprelin 22-də sol ayağında əzələ yırtığı səbəbindən sıradan çıxıb. Laminin 2026-cı il dünya çempionatına qədər sağalacağı gözlənilir.
Turnir 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək.
Bu mövsüm Yamal bütün yarışlarda 45 oyun keçirib, 24 qol vurub və 18 məhsuldar ötürmə edib.
