71 yaşlı “Everton” azarkeşi Premyer Liqanın 35-ci turunda 3:3 hesablı heç-heçə ilə başa çatan oyunda “Mançester Siti”nin hücumçusu Antuan Semenyoya qarşı irqçi təhqirdə şübhəli bilinərək həbs edilib.
İdman.Biz bu barədə “The Times”ə istinadən bildirir.
Mənbənin məlumatına görə, azarkeş girov müqabilində azadlığa buraxılıb, lakin oyun günlərində stadiona yaxınlaşması qadağan edilib.
Qeyd edək ki, oyundan sonra “Mançester Sit”"nin müdafiəçisi Mark Qehi sosial mediada irqçi təhqirlərə məruz qalıb. Qehi oyunda qol vurulmasına gətirmiş səhv edib.
