Türkiyə Kuboku: “Beşiktaş” finalın bir addımlığında mübarizəni dayandırdı

5 May 2026 23:47
167
Türkiyə Kuboku: “Beşiktaş” finalın bir addımlığında mübarizəni dayandırdı

Türkiyə Kubokunda ilk yarımfinal oyunu başa çatıb.

İdman.Biz bildirir ki, “Beşiktaş” “Konyaspor”la üz-üzə gəlib.

Matç 1:0 hesabı ilə “Konyaspor”un xeyrinə qurtarıb.

Yeganə qolu 90+8-ci dəqiqədə Enis Bardi penaltidən vurub.

“Konyaspor”un finaldakı rəqibi 13 mayda keçiriləcək “Trabzonspor” – “Gənclərbirliyi” oyununda məlum olacaq.

“Konyaspor” 1/4 finalda “Fənərbağça”nı məğlub etmişdi.

İdman.Biz