Simeone yıxılanda hakim “Arsenal”ın qapısına penalti təyin etməməklə səhv edib

6 May 2026 01:32
155
Simeone yıxılanda hakim “Arsenal”ın qapısına penalti təyin etməməklə səhv edib

“Arsenal” və “Atletiko Madrid” arasında Çempionlar Liqasının yarımfinalının ikinci oyununun hakimi Daniel Zibert, yarımmüdafiəçi Culiano Simeonenin “topçular”ın cərimə meydançasında yıxılmasından sonra ikinci hissənin əvvəlində London komandasına qarşı penalti təyin etməyərək səhvə yol verib.

Bu barədə hakimlik üzrə ixtisaslaşmış Archivo VAR hesabı X sosial media səhifəsində məlumat verib.

“51-ci dəqiqədə “Arsenal”ın müdafiəçisi Uilyam Saliba topu Simeoneyə ötürüb, Simeone isə təkbətək oyunda topu qapıçı David Rayanın yanından keçirib. Lakin argentinalı müdafiəçi Qabriel Maqalyaeslə qarşılaşmada yıxılıb və boş qapıya zərbə endirə bilməyib. Zibert qayda pozuntusu qeydə almayıb və VAR hakimi monitora çağırmayıb.

Bu, penaltidir. Oyunçunun qarşısını alınması çox aşkar görünmür, amma zərbənin qarşısını almaq üçün kifayətdir”, - Archivo VAR-ın məlumatında deyilir.

İdman.Biz