“Arsenal” Çempionlar Liqasını qazanan yeddinci İngiltərə klubu ola bilər

6 May 2026 02:05
333
“Arsenal” Çempionlar Liqasını qazanan yeddinci İngiltərə klubu ola bilər

Londonun “Arsenal” klubu 2025/26 mövsümünün UEFA Çempionlar Liqasının yarımfinalında Madridin “Atletiko Madrid” komandasını ümumi hesabla (1:1, 1:0) məğlub edərək finala yüksəlib.

İdman.Biz bildirir ki, “Arsenal” Çempionlar Liqasını qazanan yeddinci İngiltərə klubu ola bilər.

İngiltərə klubları arasında turnirin əvvəlki qalibləri bunlardır: “Liverpul” (altı qələbə), “Mançester Yunayted” (üç qələbə), “Çelsi”, “Nottingem Forest” (hər biri iki qələbə), “Mançester Siti” və “Aston Villa” (hər biri bir qələbə).

2025/2026 Çempionlar Liqasının finalında “Arsenal” “Bavariya” - PSJ cütlüyünün qalibi ilə qarşılaşacaq.

İdman.Biz