“Real Madrid”in yarımmüdafiəçisi Eduardo Kamavinqa Çempionlar Liqasının dörddəbir finalının “Bavariya” ilə (1:2) ikinci oyununda meydandan qovulandan sonra azarkeşlərin ona qarşı nifrətindən danışıb.
İdman.Biz xəbər verir ki, 86-cı dəqiqədə futbolçu meydanın rəqib hissəsində münhenlilərin hücumçusu Harri Keynə qarşı kobudluq edib və fitdən sonra topu rəqibə verməkdən imtina edib. Buna görə hakim Slavko Vinçiç ona ikinci sarı vərəqə göstərib.
“Qırmızı vərəqə? Pis xatirədir. Bu, heç gözləmədiyim bədbəxt hadisə idi. Məni incitdi, amma bu, oyunçu olmağın bir hissəsidir. Baş verənlərdən sonra [sosial mediadan] tamamilə imtina etdiyimi desəm, yalan demərəm. Düşünürəm ki, sosial media olmadan daha yaxşı olacağıq. Futbol səhvləri bağışlamır. 10 yaxşı oyun oynaya bilərsən, amma birində səhv etsən, insanlar unudacaqlar.
Onlar [komanda yoldaşları] dərhal məni dəstəkləmək üçün soyunma otağına gəldilər. Mənə bunun mənim günahım olmadığını və hakim səhvi olduğunu dedilər. Mən bunu səhv kimi qəbul etdim. Hətta ertəsi gün klub mənə bunun mənim günahım olmadığını bildirən mesajlar göndərdi”, - Cadena Ser Kamavinqanın sözlərini sitat gətirir.
