Misli Premyer Liqasının 30-cu turunda “Kəpəz”ə qarşı keçirilən və 1:2 hesabı ilə başa çatan oyunda “Sumqayıt”ın zədələnən müdafiəçisi Keffel Resendenin durumu ilə bağlı açıqlama verilib.
Klubun sözçüsü Zaur Xudiyev İdman.Biz-ə bildirib ki, braziliyalı futbolçunun nə vaxt bərpa olunacağı hələ dəqiq məlum deyil. Onun son turda meydana çıxması ehtimalı istisna olunmur.
Qeyd edək ki, “Sumqayıt” hazırda turnir cədvəlində 38 xalla yeddinci pillədə qərarlaşıb.
