Elçin Məsiyev və Əliyar Ağayev UEFA Avropa Liqasında oyun idarə edəcəklər

3 Noyabr 2026 14:01
107
Elçin Məsiyev və Əliyar Ağayev UEFA Avropa Liqasında oyun idarə edəcəklər

Azərbaycanın futbol hakimləri Elçin Məsiyev və Əliyar Ağayev UEFA Avropa Liqasının Liqa mərhələsinin dördüncü turunda keçiriləcək oyunları idarə edəcəklər.

İdman.Biz xəbər verir ki, hər iki FIFA referimiz noyabrın 5-də baş tutacaq qarşılaşmalarda baş hakim funksiyası həvalə olunub.

35 yaşlı Elçin Məsiyev Belçikanın “Anderlext” və Avstriyanın “Zaltsburq” komandaları arasındakı görüşdə ədaləti qoruyacaq. Ona yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim vəzifəsini isə Nicat İsmayıllı yerinə yetirəcək.

39 yaşlı Əliyar Ağayev İspaniyanın “Selta” və Belçikanın “Yunion” komandaları arasında keçiriləcək matçın baş hakimi olacaq. Onun rəhbərlik edəcəyi hakimlər briqadasında Zeynal Zeynalov və Akif Əmirəli yan xətt hakimləri kimi fəaliyyət göstərəcəklər. Rauf Cabarov isə dördüncü hakim olacaq.

Qeyd edək ki, noyabrın 5-də keçiriləcək “Anderlext” - “Zaltsburq” qarşılaşması Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. “Selta” - “Yunion” görüşünün startı isə həmin gün saat 23:59-dadır.

İdman.Biz