“Borussiya Dortmund”un futbolçusu 30 yaşında karyerasını bitirir

7 May 2026 11:22
121
“Borussiya Dortmund”un futbolçusu 30 yaşında karyerasını bitirir

Almaniyanın “Borussiya Dortmund” futbol klubunun müdafiəçisi Niklas Süle 30 yaşında peşəkar futbolçu karyerasını bitirəcəyini açıqlayıb.

İdman.Biz BVB nəşrinə istinadla xəbər verir ki, almaniyalı futbolçu 2025/2026 mövsümünün sonunda futboldan gedəcək. Onun Dortmund klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-da başa çatır.

Süle bu qərarı “Spielmacher” podkastında açıqlayıb. Müdafiəçi “Hoffenhaym”la matçda aldığı diz zədəsindən sonra karyerasını bitirmək fikrinin tam dəqiqləşdiyini bildirib.

30 yaşlı futbolçu karyerası ərzində Çempionlar Liqasının qalibi olub, beş dəfə Bundesliqada çempionluq sevinci yaşayıb. O, 2017-2022-ci illərdə “Bavariya”nın formasını geyinib, 2022-ci ildə isə “Borussiya Dortmund”a keçib.

Süle Almaniya millisində 49 oyun keçirib. “Borussiya Dortmund”un heyətində isə 77 matça çıxan müdafiəçi üç qol vurub. Karyerası ərzində 31 dəfə zədələnib.

İdman.Biz