Reşfordu irqçi zəmində təhqir edən azarkeş həbs cəzasına məhkum edilib

30 Aprel 2026 22:28
137
Reşfordu irqçi zəmində təhqir edən azarkeş həbs cəzasına məhkum edilib

Markus Reşfordu irqçi zəmində təhqir edən “Real Ovyedo” azarkeşi doqquz ay həbs cəzasına məhkum edilib.

İdman.Biz bu barədə The Touchline-a istinadən məlumat verib.

Azarkeş künc zərbəsi zamanı ingilis futbolçuya irqçi təhqirlər yağdırıb və bu, kameraya düşüb.

Mənbənin məlumatına görə, azarkeş 2000 avro cərimə ödəməklə, məcburi anti-irqçilik proqramını tamamlamaqla və üç illik futbol stadionlarından kənarlaşdırılmaqla həbsdən yayına bilər.

Markus Reşford 2025-ci ilin yayından bəri “Mançester Yunayted”dən icarə əsasında “Barselona”da oynayır.

İdman.Biz