Messi zədədən sonra sağaldı və start heyətində yer alacaq

15 İyun 2026 15:07
90
Messi zədədən sonra sağaldı və start heyətində yer alacaq

Lionel Messi zədədən sonra tam sağalıb və dünya çempionatının ilk oyununda start heyətində yer alacaq.

İdman.Biz xəbər verir ki, İspaniyanın "ElDesmarque" nəşrinin məlumatına əsasən, Messi artıq komanda məşqlərinə qoşulub və Əlcəzairlə matçda əsas heyətdə yer alacaq.

Qeyd olunur ki, argentinalı hücumçunu narahat edən bud əzələsinin arxa hissəsindəki gərilmə artıq tam sağalıb. Məlumata görə, futbolçu turnirin ilk oyununa 100% hazır vəziyyətdə çıxacaq.

İdman.Biz
Məqalədə: