Niderland millisi dünya çempionatlarında unikal göstəriciyə imza atıb

15 İyun 2026 11:15
141
Niderland millisi dünya çempionatlarında unikal göstəriciyə imza atıb

Niderland yığması dünya çempionatları tarixində diqqətçəkən nailiyyətə sahibdir.

İdman.Biz xəbər verir ki, bu barədə "Stata Football" "Teleqram" kanalı məlumat yayıb.

Mənbənin məlumatına görə, Niderland millisi dünya çempionatlarının qrup mərhələsində keçirdiyi ilk oyunların heç birində məğlub olmayıb. “Narıncılar” bu mərhələdə keçirdiyi 10 görüşdə yeddi qələbə qazanıb, üç dəfə isə heç-heçə edib.

Qeyd edək ki, Niderland yığması DÇ-2026-nın F qrupunda ilk turda Yaponiya ilə qarşılaşıb və matç 2:2 hesablı heç-heçə ilə başa çatıb. Bununla da komanda mundialların ilk oyunlarındakı məğlubiyyətsiz seriyasını davam etdirib.

İdman.Biz
Məqalədə: