“Sabah” futbol klubunun Avstriyadakı yay təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərdən biri müəyyənləşib.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, Masazır təmsilçisi Rumıniyanın “Universitatya Krayova” klubu ilə qarşılaşacaq.
Tərəflər arasında keçiriləcək yoldaşlıq görüşünün iyunun 24-nə təsadüf edəcəyi bildirilir. Bu matç “Sabah”ın yeni mövsümə hazırlıq proqramının mühüm hissələrindən biri olacaq.
Hər iki komanda yeni mövsümdə UEFA Çempionlar Liqasında mübarizə aparacaq. Rumıniya çempionu “Universitatya Krayova” Birinci təsnifat mərhələsində “Sabah”ın potensial rəqibləri sırasında yer alır.
Beləliklə, tərəflər rəsmi qarşılaşma ehtimalından əvvəl güclərini yoxlama oyununda sınamaq imkanı əldə edəcəklər.
