Elvin Cəfərquliyevə Türkiyədən ciddi maraq

14 İyun 2026 15:26
107
Elvin Cəfərquliyevə Türkiyədən ciddi maraq

“Qarabağ”ın və Azərbaycan milli komandasının futbolçusu Elvin Cəfərquliyev karyerasını Türkiyədə davam etdirə bilər.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, Türkiyə Superliqasına vəsiqə qazanan “Amedspor” 25 yaşlı cinah müdafiəçisini transfer siyahısına daxil edib.

Diyarbəkir təmsilçisinin Azərbaycan millisinin üzvü ilə ciddi maraqlandığı və onun vəziyyətini yaxından izlədiyi bildirilir.

Klubun yaxın vaxtlarda Cəfərquliyevin transferi üçün konkret addımlar atacağı istisna edilmir.

Qeyd edək ki, Elvin Cəfərquliyev hazırda “Qarabağ”ın əsas komandasından kənarda qalıb. Bu amil müdafiəçinin yay transfer pəncərəsində klubunu dəyişmək ehtimalını artırır.

İdman.Biz