“Şəfa” braziliyalı hücumçu transfer edib - FOTO

12 Avqust 2026 17:11
118
“Şəfa” braziliyalı hücumçu transfer edib - FOTO

“Şəfa” futbol klubu növbəti transferini reallaşdırıb.

İdman.Biz xəbər verir ki, Bakı təmsilçisi braziliyalı hücumçu Luis Felipe da Silva Rodrigezlə 1+1 illik müqavilə imzalayıb.

25 yaşlı futbolçu son olaraq Albaniyanın “Vora” klubunda çıxış edib.

Luis Felipe daha əvvəl Braziliyada “Boavista”, “Parana”, “Kaldense”, “Banqu Atletiko”, “Sentro Sportivo Alaqoano”, “İpatinqa” və “Volta Redonda” klublarının formasını geyinib.

Xatırladaq ki, Bakı təmsilçisi bu gün həmçinin 19 yaşlı qapıçı Ayxan Əlizadə, 20 yaşlı müdafiəçi Nurhan Abdıyev, 19 yaşlı yarımmüdafiəçi Eltun Babazadə və 20 yaşlı vinger Elmar Məmmədovla da müqavilə imzalayıb.

İdman.Biz