“Karvan” futbol klubu yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirərək hücum xəttinə növbəti futbolçunu cəlb edib.
İdman.Biz xəbər verir ki, Yevlax təmsilçisi 27 yaşlı hücumçu İbrahim Əliyevlə mövsümün sonuna qədər müqavilə bağlayıb.
Ötən mövsüm “Şəfa”nın formasını geyinən forvard bundan sonra “Karvan”ın uğurları üçün çalışacaq.
