Nigeriyalı futbolçu Daniel Eşiemokhai yenidən “Qəbələ” komandasının düşərgəsinə qoşulub.
İdman.Biz xəbər verir ki, yarımmüdafiəçi daha əvvəl altı ay “Qəbələ”də həyata keçirilən inkişaf proqramında iştirak edib.
Nigeriya mətbuatının məlumatına görə, proqram gənc futbolçuların klubun futbol strukturu və rəqabət mühiti ilə yaxından tanış olmasına imkan yaradıb.
Eşiemokhai həmin müddətdə göstərdiyi oyunla “Qəbələ”nin diqqətini çəkməyi bacarıb. Bu səbəbdən futbolçunun yenidən Azərbaycana qayıtmasına şərait yaradılıb.
Nigeriya mətbuatı keçidi gənc yarımmüdafiəçinin Avropa futbolunda daha çox təcrübə toplaması və ölkə xaricindəki futbol tələblərinə uyğunlaşması baxımından mühüm addım kimi qiymətləndirib. Eşiemokhainin əsas məqsədinin “Qəbələ”də inkişafını davam etdirmək və gələcəkdə daha güclü liqalara keçmək olduğu vurğulanıb.
