“Şəfa” heyətini dörd gənc futbolçu ilə gücləndirdi

12 Avqust 2026 14:02
158
“Şəfa” heyətini dörd gənc futbolçu ilə gücləndirdi

“Şəfa” futbol klubu heyətini dörd yeni oyunçu ilə gücləndirib.

İdman.Biz xəbər verir ki, Bakı təmsilçisi 19 yaşlı qapıçı Ayxan Əlizadə, 20 yaşlı müdafiəçi Nurhan Abdıyev, 19 yaşlı yarımmüdafiəçi Eltun Babazadə və 20 yaşlı vinger Elmar Məmmədovla müqavilə imzalayıb.

Ayxan Əlizadə, Elmar Məmmədov və Eltun Babazadə ilə iki illik anlaşma əldə olunub. Nurhan Abdıyev isə “Şəfa” ilə bir illik müqaviləyə imza atıb.

İdman.Biz