“Kəpəz” nigeriyalı futbolçunu transfer etdi

11 Avqust 2026 11:51
149
“Kəpəz” nigeriyalı futbolçunu transfer etdi

“Kəpəz” futbol klubu heyətini daha bir legionerlə gücləndirib.

İdman.Biz xəbər verir ki, Gəncə təmsilçisi nigeriyalı cinah yarımmüdafiəçisi Olabiran Blessinq Muyivanı transfer edib.

Benito ləqəbi ilə tanınan 27 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Muyivanın son klubu Kiprin “Akritas” futbol komandası olub.

“Kəpəz” yeni transferin qarşıdakı mövsümdə komandanın hücum potensialını artıracağına ümid edir.

İdman.Biz