Abdulla Rzayev “Araz-Naxçıvan”a qayıdıb

13 Avqust 2026 13:53
110
Abdulla Rzayev “Araz-Naxçıvan”a qayıdıb

“Araz-Naxçıvan” futbol komandası heyətini Abdulla Rzayevlə gücləndirib.

İdman.Biz xəbər verir ki, müqavilə ilə “Sabah”a məxsus olan 24 yaşlı müdafiəçi Naxçıvan təmsilçisində icarə əsasında çıxış edəcək.

Tərəflər arasında razılaşma bir il müddətinə nəzərdə tutulub.

Rzayev üçün “Araz-Naxçıvan” yad komanda deyil. O, 2023/2024 mövsümündə də Naxçıvan təmsilçisinin formasını geyinib. Müdafiəçi son mövsümü isə “Şamaxı”da keçirib.

“Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro, Bruno Franko, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdallah Sudi, Mamadu Kane, Ağadadaş Salyanski, Boyan İliç, Mustafa Əhmədzadə və Luka Dumançiçlə müqavilə imzalayıb.

İdman.Biz