“Premyer Liqada hələ qarşıda çox oyun qalıb. Fikrimcə, biz daha da yaxşı oynamağa başlamışıq. İndi liqada turnir cədvəlində yüksəlmək üçün uğurlu nəticələr qazanmalıyıq”.
Bu sözləri “Sumqayıt”ın legioneri Ronaldo Vakzez komandasının Misli Premyer Liqasındakı çıxışı və 10-cu turda “Şəfa”ya qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.
Dominikan Respublikasından olan futbolçu doğma azarkeşlər önündə çıxacaqları qarşılaşmanın əhəmiyyətini və komandanın avrokubok hədəflərini vurgulayıb.
“Qarşıda da bizi 'Şəfa'ya qarşı görüş gözləyir. Bu oyunu evdə keçirəcəyik. Qələbə üçün sona qədər mübarizə aparacağıq. Üç xalı qazanmaq bizim üçün vacibdir. Hamımız da bunu yaxşı başa düşürük. Bəli, mən bu heyətə inanıram. Avropa kubokunda yer almaq üçün çalışmağa davam edəcəyik”, - deyə o sport24.az-a açıqlamasında bildirib.
