Moldovanın “Petrokub” futbol klubu Azərbaycanın “Araz-Naxçıvan” klubundan ayrılan qapıçı Kristian Avramı heyətinə qatıb.
İdman.Biz xəbər verir ki, moldovalı futbolçu ölkəsinin son çempionu ilə müqavilə imzalayıb. Bu barədə “Petrokub”un mətbuat xidməti məlumat yayıb.
Avram bununla da üçillik fasilədən sonra keçmiş komandasına qayıdıb. O, “Araz-Naxçıvan”a keçməzdən əvvəl 2019-2023-cü illərdə “Petrokub”un formasını geyinib.
Qeyd edək ki, Moldova millisinin üzvü 2023-cü ildən “Araz-Naxçıvan”da çıxış edirdi.
“Petrokub” isə 2025/2026 mövsümündə Moldova çempionu olub və yeni mövsümdə UEFA Çempionlar Liqasının təsnifat mərhələsində mübarizə aparacaq.
