Neymarın Mərakeşlə oyundan sonra paltardəyişmə otağında özünün necə aparması məlum olub

15 İyun 2026 10:48
103
Neymarın Mərakeşlə oyundan sonra paltardəyişmə otağında özünün necə aparması məlum olub

Braziliya millisinin hücumçusu Neymar 2026-cı il dünya çempionatının qrup mərhələsinin ilk turunda Mərakeşlə keçirilən və 1:1 hesabı ilə başa çatan oyunda iştirak etməsə də, komandanın liderlərindən biri kimi diqqət çəkib.

İdman.Biz xəbər verir ki, bu barədə Globo nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Neymar mundialdakı uğursuz startdan sonra paltardəyişmə otağında komanda yoldaşlarını sakitləşdirməyə çalışan futbolçulardan biri olub. O, həmçinin qarşılaşma zamanı su fasilələrində tez-tez oyunçularla ünsiyyət quraraq onlara göstərişlər verib və komandanın hərəkətlərini koordinasiya etməyə çalışıb.

34 yaşlı hücumçu hazırda baldır əzələsinin zədəsindən bərpa olunur. Daha əvvəl yayılan məlumatlara əsasən, Neymarın dünya çempionatının ikinci turunda Haiti yığmasına qarşı keçiriləcək oyunda meydana çıxmağa hazır olacağı gözlənilir.

İdman.Biz
Məqalədə: