DÇ-2026-da sensasiya: İspaniya debütant Kabo-Verde ilə oyunda xal itirdi - YENİLƏNİB

15 İyun 2026 21:57
925
DÇ-2026-da sensasiya: İspaniya debütant Kabo-Verde ilə oyunda xal itirdi

DÇ-2026-da İspaniya - Kabo-Verde matçı başa çatıb.

İdman.Biz bildirir ki, matç 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Kabo-Verde ilk dəfə dünya çempionatlarında çıxış edir və bu onların mundiallarda ilk oyunları olub.

Qeyd edək ki, bu oyunda DÇ-2026-da ilk dəfə olaraq matç qolsuz başa çatıb.

21:06

DÇ-2026-da İspaniya - Kabo-Verde matçının ikinci yarı başlayıb.

İdman.Biz bildirir ki, komandalar ilk yarıda qapılara qol vura bilməyiblər.

20:51

DÇ-2026-da İspaniya - Kabo-Verde matçının ilk yarısı bitib.

İdman.Biz bildirir ki, komandalar qapılara qol vura bilməyiblər.

20:01

Futbol üzrə 2026-cı il dünya çempionatında növbəti oyun keçirilir.

İdman.Biz bildirir ki, H qrupunda İspaniya və Kabo-Verde milliləri üz-üzə gəlirlər.

09:15

Futbol üzrə 2026-cı il dünya çempionatında bu gün beşinci oyun gününə start veriləcək.

İdman.Biz xəbər verir ki, gün ərzində G və H qruplarının birinci turu çərçivəsində dörd qarşılaşma baş tutacaq.

İlk olaraq H qrupunda İspaniya və Kabo-Verde milliləri üz-üzə gələcəklər. Atlantada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Ardınca G qrupunda Belçika və Misir yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. Sietldə təşkil olunacaq matçın start fiti saat 23:00-da səslənəcək.

Gecənin digər oyunlarında Səudiyyə Ərəbistanı Uruqvayla, İran isə Yeni Zelandiya ilə qarşılaşacaq.

DÇ-2026 - beşinci gün
15 iyun

20:00. İspaniya - Kabo-Verde
23:00. Belçika - Misir

16 iyun
02:00. Səudiyyə Ərəbistanı - Uruqvay
05:00. İran - Yeni Zelandiya

İdman.Biz