Yaponiya millisi Avropa yığmalarına qarşı uğurlu seriyasını DÇ-2026-da da davam etdirib.
İdman.Biz xəbər verir ki, Asiya təmsilçisi F qrupunun birinci turunda Niderlandla 2:2 hesablı heç-heçə edib. Yaponiya qarşılaşmada iki dəfə hesabda geri düşsə də, məğlubiyyətdən xilas olmağı bacarıb.
Yaponlar 2019-cu ildən bəri Avropa millilərinə qarşı keçirdikləri oyunlarda 90 dəqiqə ərzində məğlub olmayıblar. Bu müddətdə komanda Almaniyanı iki dəfə - 2:1 və 4:1, İspaniyanı 2:1, Şotlandiya, İngiltərə və İslandiyanı isə 1:0 hesabı ilə məğlub edib.
Yaponiya Xorvatiya ilə 1:1, Niderlandla isə 2:2 hesablı heç-heçəyə razılaşıb. DÇ-2022-nin 1/8 finalındakı Xorvatiya qarşılaşmasında əsas və əlavə vaxt bərabərliklə yekunlaşsa da, yaponlar penaltilər seriyasında mübarizəni dayandırıblar.
Qeyd edək ki, Yaponiya DÇ-2026-nın ikinci turunda Tunis, üçüncü turunda isə İsveç millisi ilə qarşılaşacaq.
