Niderland millisinin dünya çempionatlarındakı rekord seriyası DÇ-2026-nın Yaponiya ilə 2:2 hesabı ilə nəticələnən oyunybda başa çatıb.
İdman.Biz xəbər verir ki, Niderland yığması mundiallarda ardıcıl 27 qarşılaşmada ikinci hissə və əlavə vaxt ərzində bir qoldan çox buraxmayıb. Yaponiya ilə 2:2 hesablı heç-heçə başa çatan görüşdə isə “narıncılar” fasilədən sonra iki dəfə topu qapısından çıxarıb.
Bununla da Niderland dünya çempionatları tarixində bu göstərici üzrə rekord seriyasını davam etdirə bilməyib. Daha əvvəl Braziliya və Fransa millilərinin hərəyə 26 oyunluq belə seriyası olub. Braziliyanın göstəricisi 1994-cü, Fransanın seriyası isə 2010-cu ildə qırılıb.
Qeyd edək ki, Niderland ikinci turda 20 iyunda İsveçlə, üçüncü turda isə 26 iyunda Tunislə qarşılaşacaq.
