İsveç millisinin futbolçuları 2026-cı il dünya çempionatına inamlı qələbə ilə başlayıblar. Skandinaviya təmsilçisi F qrupunun I turunda Tunis yığmasını 5:1 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, Meksikanın Monterrey şəhərindəki “Estadio Monterrey”də keçirilən qarşılaşmada hesab artıq 7-ci dəqiqədə açılıb. Yasin Ayari dəqiq zərbə ilə İsveçi önə keçirib. Maraqlıdır ki, 23 yaşlı yarımmüdafiəçi qolu qeyd etməyib. Buna səbəb onun ailə kökləri olub - futbolçunun atası tunisli, anası isə mərakeşlidir. Ayari daha əvvəl Tunis millisində oynamaq imkanı əldə etsə də, İsveç yığmasını seçib.
30-cu dəqiqədə Aleksander İsak fərqi iki topa çatdırıb. Fasiləyə az qalmış tunislilər hesab arasındakı fərqi azaldıblar. Hannibal Mejbrinin ötürməsindən sonra Omar Rekik fərqlənib.
İkinci hissədə isə İsveç rəqibinə heç bir şans verməyib. Viktor Gyökeres üçüncü qolu vurub, daha sonra skandinavlar daha iki dəfə fərqlənərək 5:1 hesablı parlaq qələbəyə imza atıblar.
İlk turdan sonra İsveç 3 xalla F qrupunun lideridir. Niderland və Yaponiya hərəyə 1 xalla ikinci və üçüncü pillələrdə qərarlaşıblar. Xalsız qalan Tunis isə sonuncu sıradadır.
