İspaniya millisinin qapıçısı: “Rəqiblərim məni vadar edirlər”

15 İyun 2026 10:32
112
İspaniya millisinin qapıçısı: “Rəqiblərim məni vadar edirlər”

İspaniya millisinin qapıçısı David Raya yığmadakı qolkiperlərin səviyyəsini yüksək qiymətləndirib.

İdman.Biz xəbər verir ki, futbolçu İspaniyanın hər zaman güclü qapıçıları ilə seçildiyini bildirib.

“Bizim həmişə çox yaxşı qapıçılarımız olub. Bu, gələcək nəsil qolkiperlərə də aiddir. Bundan yararlanmalıyıq. Çünki milli komandada etibarlı qapıçının olması bizə titullar qazandıra bilər”, - deyə Raya “Marca”ya açıqlamasında bildirib.

O, Unai Simon və Joan Qarsiya ilə birgə məşqlərin inkişafına müsbət təsir etdiyini vurğulayıb:

“Onlar oyunun bütün aspektlərində mənə kömək edirlər. Qapıçı mövqeyi meydan oyunçularının mövqeyindən çox fərqlənir. Düşünürəm ki, hər üçünümüzün fərqli üslubu var. Buna baxmayaraq, onlar mənə hər məsələdə dəstək olur, məşqlərdə gördüyüm işi düşünməyə və təhlil etməyə vadar edirlər”.

İdman.Biz