Kaka Ançelottiyə dəstək oldu: “O, çıxış yolu tapacaq”

15 İyun 2026 12:12
117
Kaka Ançelottiyə dəstək oldu: “O, çıxış yolu tapacaq”

2002-ci ilin dünya çempionu Kaka Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti haqqında fikirlərini bölüşüb.

İdman.Biz ESPN agentliyinə istinadən xəbər verir ki, Kaka Ançelottinin DÇ-2026 zamanı komandanın oyununu yaxşılaşdıracağına əmin olduğunu bildirib.

Braziliya mundiala Mərakeşlə 1:1 hesablı heç-heçə ilə başlayıb. Qarşılaşmadan sonra Ançelotti komandanın inkişaf etməli olduğunu və növbəti oyunlarda daha yaxşı çıxış etməsinin vacibliyini vurğulayıb.

“Düşünürəm ki, bu onun ilk dünya çempionatı olsa da, yüksək təzyiq altında, çətin situasiyalarda böyük təcrübəyə malikdir. Belə məqamlarda həll yolu tapmağı bacaran mütəxəssisdir.

Məhz buna görə də inanıram ki, o, bu vəziyyətdən çıxış yolu tapacaq. Heç kim dünya çempionatını ilk oyunda qazanmır. Bunun ən yaxşı nümunəsi Argentinadır. Onlar ilk matçda məğlub oldular, amma sonda kuboku qazandılar. Bu, dünya çempionatının özünəməxsus xüsusiyyətini göstərir.

Bəli, ilk oyun gərgin və əsəbi keçdi. Amma indi səhvləri düzəltmək, hazırlaşmaq və ikinci görüşdə daha yaxşı çıxış etmək üçün vaxt var. Komanda mundialda mübarizəni uğurla davam etdirə bilər”, – deyə Kaka açıqlamasında bildirib.

İdman.Biz