Neymar Messi ilə yenidən bir komandada oynaya bilər

9 Avqust 2026 11:59
148
Neymar Messi ilə yenidən bir komandada oynaya bilər

Braziliyanın “Santos” futbol komandasının hücumçusu Neymar karyerasının növbəti mərhələsini ABŞ-də keçirə bilər.

İdman.Biz “Liberta Depre”yə istinadən xəbər verir ki, 34 yaşlı futbolçunun 2027-ci ilin yanvarından “İnter Mayami”də çıxış etməsi üçün real ehtimal var. Miami təmsilçisi hazırda Neymarın karyerasını davam etdirməsi üçün ən mümkün variantlardan biri hesab olunur.

Belə olacağı halda Neymar yenidən Lionel Messi və Luis Suareslə eyni komandada çıxış edəcək. “İnter Mayami”nin heyətində braziliyalı yarımmüdafiəçi Kazemiro da yer alır. Kazemiro 2026-cı ilin yayında ABŞ klubuna qoşulub.

Mənbə “İnter Mayami”nin Neymarın peşəkar karyerasını başa vuracağı klub ola biləcəyini də istisna etmir. Hücumçunun “Santos”la hazırkı müqaviləsinin 2026-cı ilin sonunda başa çatacağı bildirilir.

Qeyd edək ki, Neymar Messi ilə daha əvvəl İspaniyanın “Barselona” və Fransanın PSJ komandalarında birlikdə çıxış edib.

İdman.Biz