“Səbail” futbol komandası yeni mövsüm üçün transfer çalışmalarını davam etdirərək heyətinə dörd əcnəbi futbolçu cəlb edib.
İdman.Biz xəbər verir ki, paytaxt təmsilçisi son olaraq Braziliyanın “Ferroviario” komandasında çıxış etmiş 30 yaşlı hücumçu Felipe Hulkla 1+1 illik müqavilə imzalayıb. Braziliyalı forvard yeni mövsümdə 99 nömrəli forma ilə çıxış edəcək.
“Səbail”in digər transferi Portuqaliyanın “Braqa” komandasının yetirməsi Yan Saiddir. 23 yaşlı mərkəz hücumçusu “Braqa B”nin heyətində keçirdiyi 79 oyunda 15 qol vurub. O, yeni komandasında 9 nömrəli formanı geyinəcək.
Paytaxt klubu, həmçinin son olaraq Lüksemburqun “Dudelange” komandasında çıxış etmiş Aldo Josue Gomes Soaresi - Dinhonu heyətinə qatıb. 26 yaşlı hücumçu ötən mövsüm 22 qarşılaşmada 7 dəfə fərqlənib. O, “Səbail”də 80 nömrəli forma ilə çıxış edəcək.
Komandanın daha bir yeni transferi ötən mövsümü “Şahdağ Qusar”da keçirən Peter Agblevordur. 23 yaşlı futbolçu ilə də 1+1 illik müqavilə imzalanıb. Agblevor yeni mövsümdə 22 nömrəli formanı geyinəcək.
